XƏBƏRLƏR
MƏLUMAT
“Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2025 10:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 14 iyul 1969-cu ilin tarixi əhəmiyyətinə həsr olunmuş “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, ictimai xadimlər, zabitlər və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş dahi şəxsiyyət, siyasi lider - Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin əks olunduğu  foto və kitab sərgisinə baxış keçiriblər.

Çıxışlar zamanı qeyd olunub ki, 14 iyul 1969-cu il tarixi - Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi gün - xalqımızın taleyində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, müstəqil və qüdrətli dövlətimizin təməlini qoyulub. Həmin tarixdən başlayaraq Azərbaycan inkişaf və tərəqqi yoluna qədəm qoyub, Ulu Öndərin rəhbərliyi ilə dövlət idarəçiliyində əsaslı islahatlar aparılıb, sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində mühüm uğurlar əldə edilib.

Bu yol bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun rəhbərliyi ilə Azərbaycan regionda lider mövqeyini möhkəmləndirib, beynəlxalq arenada öz sözünü deyən güclü və qalib dövlətə çevrilib.

Baxış sayı: 84