XƏBƏRLƏR
MƏLUMAT
“Müstəqil Azərbaycan Respublikasının yaranmasında və inkişafında liderlərin rolu” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2024 10:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və YAP Qaradağ rayon Təşkilatının birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunan “Müstəqil Azərbaycan Respublikasının yaranmasında və inkişafında liderlərin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışılıb. Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və​ bu gün onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri nəticəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığı,​ dünyəvi dövlət quruculuğu yolunda ölkəmizin inamla irəliləməsinə nail olunduğu diqqətə çatdırılıb.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

 

Baxış sayı: 162