XƏBƏRLƏR
MƏLUMAT
“Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2025 17:06

Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar R. Hacıyevin 103 illiyinə həsr olunmuş “Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edib.

Tədbirdə R.Hacıyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, bəstəkarın Azərbaycan musiqi mədəniyyətində göstərdiyi əvəzsiz xidmətlərindən danışılıb.

Konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri məktəb şagirdlərinin ifasında səsləndirilib.

 

Baxış sayı: 31