XƏBƏRLƏR
MƏLUMAT
Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənib
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2024 12:29

Mədəniyyət Nazirliyi tərəfindən musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramı yenilənib. Bu yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılaraq, şagirdlərin tədbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etməyi hədəfləyir. Bu proqramlarda əsas yeniliklərdən biri Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılaraq, onların əsərlərinin öyrənilməsinə üstünlük verilməsidir.

Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar və violin siniflərində tətbiq olunacaq bu metodika, gənc istedadların potensialını daha da inkişaf etdirməyə, onları peşəkar musiqi təhsili ilə təmin etməyə istiqamətlənmişdir.

Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.

Linkə (https://shorturl.at/wL6gU ) daxil olaraq, yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış ola bilərsiniz.

Baxış sayı: 152