XƏBƏRLƏR
MƏLUMAT
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
ÜMÜMİ XƏBƏRLƏR
05/08/2024 14:31

5-8 avqust tarixlərində musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu il müsahibədə 337 nəfər namizədin iştirakı gözlənilir.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Namizədlər https://shorturl.at/lBgA2  linki vasitəsilə müsahibə mövzuları ilə yenidən tanış ola bilərlər.

Müsahibə mərhələsinin nəticələri əsasında tələb olunan balı toplamış namizədlər müvafiq qaydada musiqi və incəsənət məktəblərində müəllim vəzifəsinə təyin olunacaq.

Qeyd edək ki, müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərə “MyCulture” vahid şəxsi kabinet (https://my.culture.az) sms və elektron poçt vasitəsilə göndərilib.

Baxış sayı: 115