XƏBƏRLƏR
MƏLUMAT
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunub
ÜMÜMİ XƏBƏRLƏR
30/11/2023 17:22

“Musiqi Sənayesi Platforması”nın növbəti paneli "Milli musiqi məhsulunun beynəlxalq platformalarda rəqabətliliyinin artırılması" mövzusuna həsr olunmuşdu. Əməkdar mədəniyyət işçisi Leyla Quliyevanın moderatorluğu ilə reallaşan paneldə çıxış edən “Avroviziya” mahnı müsabiqəsində Norveç nümayəndə heyətinin rəhbəri olmuş Stiq Karlsen Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. Söyləyib ki, Azərbaycan musiqisini dinləyəndə onun sehrinə qapılmamaq mümkün deyil. Danimarkalı prodüser Karolina Vallexo “Avroviziya” müsabiqəsi ilə bağlı öz təcrübələrini bölüşüb.

Bəstəkar, prodüser İsa Məlikov Azərbaycan musiqisinin xarici ölkələrdə təbliği məsələlərindən danışıb. 2011-ci ildə “Avroviziya”da ölkəmizə birincilik qazandırmış (Eldar Qasımovla birgə) müğənni Nigar Camal uğur hekayəsindən danışıb. “ADAM” media şirkətinin nümayəndəsi Aybek Moldabayev (Qazaxıstan) qurumun fəaliyyətindən, “Avroviziya” müsabiqəsi ilə bağlı həyata keçirilən layihələrdən söz açıb. Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı müzakirələr (“Eurovision Talks") təşkil olunacaq.

Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə, bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.

Baxış sayı: 212