XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2025 16:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin və Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Arts Olimpia İncəsənət Olimpiadası 2025” müsabiqəsində uğurla çıxış ediblər.

Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə təhsil alan şagirdləri İsmayıl Kazımov I dərəcəli laureat,  İbrahim Abbasov və Alişan Əlizadə II dərəcəli laureat, Toğrul Həsənzadə I dərəcəli diplomant adına, Raul Qəhrəmanlı isə Qran-Pri mükafatına layiq görülüblər. Həmçinin məktəbin qanun ixtisası üzrə təhsil alan şagirdi Nərgiz Yaqubova və kamança ixtisası üzrə təhsil alan Ayşənur Əhmədzadə solo nominasiyada I yeri tutublar.

Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri fortepiano ixtisası üzrə təhsil alan Əsmər Hüseynzadə II dərəcəli laureat və Tamilla Səlimzadə I dərəcəli laureat adına  layiq görülüblər.

Baxış sayı: 71