XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəblərinin şagirdlərinin konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2025 12:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin və Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi məktəbinin şagirdlərinin konserti keçirilib.

Konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə baş tutub.

Konsertdə musiqi məktəblərinin Respublika və beynəlxalq müsabiqələr laureatları dinləyicilər qarşısında çıxış ediblər.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

Baxış sayı: 47