XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəblərinin növbəti uğurları
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2024 12:06

18-25 fevral tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli və Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəblərinin şagirdləri Qazaxıstan və İngiltərə ölkələrinin təşkilatçılığı ilə onlayn keçirilən IV Beynəlxalq “Grand Victoria” vokal instrumental müsabiqəsində uğurla iştirak ediblər.

Müsabiqədə Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin 2-ci sinif şagirdi Banu Qasımova 8-10  yaş kateqoriyasında, fortepiano nominasiyasında çıxış edərək I yerə, 3-cü sinif şagirdi Fərəh İsmayılova II yerə, 3-cü sinif şagirdi Gülay Abdullazadə II yerə, 11-13 yaş kateqoriyasında 4-cü sinif şagirdi Fatimə Hüseynova I yerə, 2-ci sinif şagirdi Aysel Piriyeva isə Qran-Pri mükafatına layiq görülüblər.

Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin V sinif şagirdi Sara Teyyublu 8-10 yaş kateqoriyasında müsabiqədə uğurla iştirak edərək I yerə layiq görülüb.

Hər iki məktəbin müəllimləri müsabiqənin münsifləri tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Baxış sayı: 372