XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbləri hesabat konserti təqdim ediblər
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2025 17:41

Mayın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbi və Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan zalında hesabat konserti təqdim ediblər.

Konsetdə məkəblərin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Konsert məktəbin birləşmiş xorunun ifasında L.Bethovenin "Sevincə doğru" odası ilə sona çatıb.

Baxış sayı: 54