XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 10:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

İlk öncə Xocalı soyqrımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə erməni silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin işğal edildiyi, işğal nəticəsində çoxlu sayda mülki insanın, xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirildiyi, əsir götürülən insanların dəhşətli işgəncəyə, zülmə və təhqirlərə məruz qaldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra musiqi məktəbinin şagirdləri tərəfindən Xocalı soyqırımına, vətənə həsr olunmuş musiqilər səsləndirilib.

Baxış sayı: 119