XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbində Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/12/2023 10:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib və Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoslaydlar təqdim olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasi fəaliyyətini həmçinin, Azərbaycan incəsənətinə, mədəniyyətinə göstərdiyi qayğı və diqqəti əhatə edən məruzə dinlənilib.

Sonra məktəbin müəllimləri musiqi nömrələri, şagirdlər isə rəqslərlə çıxış ediblər.

Sonda musiqi məktəbinin heykəltəraşlıq ixtisası üzrə müəllimi Teymur Qəribovun Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı hazırladığı büstü məktəbə hədiyyə olunub.

Baxış sayı: 220