XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mövzusunda görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/11/2025 15:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 34 nömrəli Uşaq Musiqi məktəbinin kollektivinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Mədəniyyət Nazirliyinin 2025-ci il üçün təsdiqlənmiş İş Planına uyğun olaraq Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mövzusunda görüş keçirilib.

Görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin əhəmiyyəti vurğulanıb bu sahədə görülən profilaktik tədbirlər barədə söz açılıb.

Baxış sayı: 21