XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2025 15:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində 15 sentyabr - Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə bildirilib  ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-də başlanması və həmin günün "Bilik Günü" kimi qeyd edilməsi qərara alınıb.

Bədii hissədə məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 15