XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbində Arif Məlikovun 90 illik yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2023 15:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyinə həsr edilmiş “Qəlblərin dastanı” adlı tədbir keçirilib.

Tədbirdə Arif Məlikovun həyat və yaradıcılığından bəhs edən məruzə dinlənilib, videoçarx nümayiş edilib. Qeyd olunub ki, A.Məlikov çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib. Əsərləri dünyanın bir çox ölkələrində, məşhur konsert salonlarında, tanınmış musiqiçilər tərəfindən ifa olunur.

Sonra məktəbin şagirdlərinin ifasında Arif Məlikovun “Məhəbbət əfsanəsi”, “İki qəlbin dastanı” baletlərindən parçalar, eləcə də bəstəkarın müxtəlif əsərləri ifa olunub.

Baxış sayı: 319