XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
10/03/2025 11:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Əvvəlcə bildirilib ki, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.

Daha sonra konsert təqdim olunub. Konsertdə şagirdlər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndiriblər.

Baxış sayı: 169