XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbi “Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2024 10:04

İyunun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin “Renessans” xor kollektivi  Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Türk dövlətlərinin məktəbliləri arasında keçirilən “Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında  iştirak edib.

Festivalda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan gələn musiqi kollektivləri çıxış edib.

Baxış sayı: 231