XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbi konsert təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2023 07:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təqdim edib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertdə məktəbin şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ilə çıxış ediblər. Konsertdə şagirdləri Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri müşayiət edib.

Baxış sayı: 514