XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbi Asəf Zeynallının 115 illik yubileyinə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
05/04/2024 10:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin təşkilatçılığı ilə Bülbülün Memorial Muzeyində Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən biri, milli romans janrının müəllifi, istedadlı bəstəkar Asəf Zeynallının 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Asəf Zeynallının həyat və yaradıcılığından, Bülbüllə dostluğundan söhbət açaraq, bəstəkarın Bülbülün yaratdığı Elmi Tədqiqat Musiqi Kabinetindəki fəaliyyətindən bəhs ediblər.

Sonra məktəbin şagirdləri Asəf Zeynallının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Konsert proqramında "Ölkəm" romansı, xalq mahnısı "Səndən mənə yar olmaz", "Kuklaların yürüşü", "Rəqs", "Çahargah", "Muğamsayağı" əsərləri səsləndirilib.

Baxış sayı: 403