XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Mədəniyyəti Dövlət Muzeyində avstraliyalı musiqiçi ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/04/2025 16:21

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar və pedaqoq, fəlsəfə doktoru Con Varney ilə görüş keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva Con Varneyin yaradıcılıq yolu haqqında məlumat verib.

Con Varney tədbir iştirakçılarının suallarını cavablandırıb, gördüyü işlər, yaradıcılıq planları haqqında danışıb.

Tədbirin bədii hissəsində “Daxili dənizləri sərhəd olan ölkələrdən musiqi” adlı konsert proqramı təqdim olunub.

Konsert proqramında Con Varney pianoçu Nərmin İsgəndərovanın müşayiəti ilə ilk dəfə kontrabasda Tofiq Quliyev, Tofiq Bakıxanovun, qazax, gürcü, fars bəstəkarlarının əsərlərinin işləmələrini ifa edib.

Baxış sayı: 75