XƏBƏRLƏR
MƏLUMAT
“Multukultural dəyərlərin inkişafı və dünyada tanıdılmasında Heydər Əliyevin təməl siyasəti” adlı mühazirə dinlənilib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2024 09:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsini öyrənirik”  layihəsi çərçivəsində  “Multukultural dəyərlərin inkişafı və dünyada tanıdılmasında Heydər Əliyevin təməl siyasəti” adlı növbəti mühazirə dinlənilib.

Mühazirədə Suraxanı rayon 146 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Mühazirə zamanı Ulu Öndər Heydər Əliyevin  Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdiyini  və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdığı vurğulanıb.  

Həmçinin Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi qeyd edilib. 

Şagirdlər  mühazirədən sonra Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 225