XƏBƏRLƏR
MƏLUMAT
“Müəllim ömrü- İşıqlı yol” adlı konsert proqramı təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
03/10/2025 14:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi Mərkəzi Mədəniyyət evi, Zəngilan rayonu Surxay Noçuyev adına 1 nömrəli tam orta məktəb ilə birgə  “Müəllim ömrü- İşıqlı yol” adlı konsert proqramı təqdim edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bu günün tarixi barədə məlumat verilib. Bildirib ki, müəllim təkcə elm və bilik öyrədən deyil, həm də zəngin mənəviyyatın və yüksək əxlaqi keyfiyyətlərin daşıyıcısıdır.

Konsert proqramında məktəblilərin, həmçinin gənc və istedadlı müğənnilərin çıxışı tədbiri daha rəngarəng edib.

Baxış sayı: 43