XƏBƏRLƏR
MƏLUMAT
“Müasir Azərbaycan Ordusunun qurucusu” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/06/2024 10:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Müasir Azərbaycan Ordusunun qurucusu” adlı tədbir keçirilib.

Tədbirdə  Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Suraxanı rayon təşkilatının üzvləri, qazilər, FHN Akademiyasının kursantları və digər qonaqlar iştirak ediblər. 

İlk öncə Azərbaycan Respublikasının Dövlət  Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun yaradılması tarixindən,  Ümummilli Lider Heydər Əliyevin  dövlətçilik təcrübəsindən, sərkərdəlik məharətindən və ordunun yenidən qurulmasındakı rolundan danışıblar.

Sonra Ulu Öndər Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən və Silahlı Qüvvələr Günündən bəhs edən sənədli film nümayiş olunub.

Baxış sayı: 88