XƏBƏRLƏR
MƏLUMAT
"Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/06/2025 12:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə "Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, şəhid ailələri, qazilər, “N” saylı hərbi hissənin zabitləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Silahlı Qüvvələrin inkişafını əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxışçılar qeyd ediblər ki, müasir və güclü Azərbaycan Ordusunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Onun hakimiyyətə qayıdışından sonra milli ordunun qurulması istiqamətində atılan qətiyyətli addımlar ordu quruculuğunun əsasını qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından birinə çevrilib.

 

Baxış sayı: 29