XƏBƏRLƏR
MƏLUMAT
“Müasir Azərbaycan Dövlətçiliyi” mövzusunda açıq dərs keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2025 10:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müasir Azərbaycan Dövlətçiliyi” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə 21 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Açıq dərs zamanı mühazirə dinlənilib. Mühazirədə  Azərbaycan millətinin müasir tarixinin banisi, azad Azərbaycanın dövlət və dövlətçiliyinin yaradıcısı Heydər Əliyevin sarsılmaz iradəsi ilə hər zaman dövlətimizin müstəqilliyi,  azadlığı uğrunda mübarizə aparmasından söz açılıb.

Sonda açıq dərs şagirdlərin iştirakı ilə diskussiya şəklində davam edib və mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

 

Baxış sayı: 66