XƏBƏRLƏR
MƏLUMAT
Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə Xətai Sənət Mərkəzində sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
16/01/2025 15:40

Yanvarın 16-da Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində sərgisi açılıb.

Mirvarid Dilbazi Poeziya Məclisindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi xalqımızın folklor yaddaşından gələn bu milli geyim nümunələrini yaşatmaq, tanıtmaq və gələcək nəsillərə ötürməkdir. Layihəsi çərçivəsində bu il həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda milli dəyərlərimiz olan papaq və kəlağayını geniş şəkildə təbliği planlaşdırır.

Diqqətə çatdırılıb ki, aprel ayında “Papaq və kəlağayı festivalı”' festivalı keçiriləcək və festivalda Azərbaycanımızın bölgələrindən olan papaq və kəlağayı ustaları öz əl işlərini sərgiləyəcəklər.

Həmçinin layihə çərçivəsində silsilə tədbirlər 2025-ci ilin sonunadək davam edəcək.

 

Baxış sayı: 134