XƏBƏRLƏR
MƏLUMAT
Milliliyimizin rəmzi olan kəlağayıya həsr olunmuş tədbir keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2023 12:16

Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində noyabrın 26-da Kəlağayı gününə həsr olunmuş “Anam kəlağaylı bir muğamıydı...” adlı konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl kəlağayıya aid rəsm əsərləri nümayiş olunacaq.

Konsertdə milliliyimizin rəmzi olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Baxış sayı: 294