Azərbaycan Milli Xalça Muzeyində tanınmış ictimai xadim və jurnalist, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın unudulmaz xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə əvvəlcə iştirakçılara Qənirə Paşayeva ilə bağlı müvafiq kataloq təqdim olunub.
Tədbirin açılış mərasiminin aparıcısı, şair-publisist Əkbər Qoşalı sərgidə Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü olan yeddi tanınmış rəssamın əsərlərinin nümayiş olunduğunu diqqətə çatdırıb.
Tədbir Milli Məclisin Mədəniyyət Komitəsi, Rəssamlar İttifaqı və “HüsnART” Müstəqil Sənət Ocağının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin dəstəyi ilə reallaşıb. Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssam, deputat Ülviyyə Həmzəyeva, ARİ-nin üzvləri “Bakı” Qalereyasının direktoru Eldəniz Babayev, Fikrət İbrahimli, Gülxan Bəydəmir və Yusif Mirzə Qənirə Paşayevanın həyatı və yaradıcı fəaliyyətinə müraciət edərək təkrarsız sənət əsərləri ilə sərgiyə qatılıblar.
Yeddinci çağırış Milli Məclisin deputatı Polad Bülbüloğlu qeyd edib ki, Qənirə Paşayeva ilə ilk tanışlığı onun gənc jurnalist olduğu dövrlərə təsadüf edir. Polad Bülbüloğlunun sözlərinə görə, onun istedadı, Vətəninə böyük sevgisi hələ o vaxtlardan duyulurdu. “Qənirə Paşayevanın reportajları, hazırladığı materiallar həmişə son dərəcə obyektiv olub. Təəssüf ki, Qənirə xanım aramızdan çox erkən ayrıldı. Amma özündən sonra böyük irs qoyub getdi. Onunla son görüşümüz Şuşada oldu. Bülbülün ev-muzeyindəki tədbirdə iştirak üçün təşrif buyurmuşdu. O günü heç vaxt unutmayacağam”, - deyə o bildirib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin müşaviri Muhiddin Məcid Qənirə Paşayevanın bütün Türk dünyası üçün dəyərli şəxsiyyət olduğunu vurğulayıb. “Qənirə Paşayeva bizim nəzərimizdə dəyərli mədəniyyət, siyasət adamı, ictimai xadim olmaqla yanaşı, müasir dövrdə Türk dünyası dedikdə ilk ağla gələn insanlardan biridir. O, bir insanın həyatına sığmayan işlər görüb. Şuşa deyəndə Qənirə xanımın gözləri yaşarırdı”,- deyə əlavə edib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov sərgini bir vəfa borcu olmaqla yanaşı, sənət hadisəsi kimi xarakterizə edib, yeni əsərlərin məziyyətlərindən söz açıb.
Kərkük Kültür Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi, Əməkdar elm xadimi Qəzənfər Paşayev ürək sözlərini bölüşüb. Onlar Qənirə Paşayevanı sənətə, sənətkara xeyirxah münasibəti ilə seçilən ictimai xadim və Turan sevdalısı olaraq xarakterizə edib.
Qənirə Paşayevanın mənəvi zənginliyi barədə danışan Xalq şairi Sabir Rüstəmxanlı söyləyib: “Qənirə xanım komitə sədrliyi dövründə yeni ənənə ilə incəsənət xadimlərinin yubileylərini təbrik edirdi, onların fəaliyyətlərinə yenidən nəzər salırdı, icitimailəşdirirdi. O, son dərəcə həssas insan idi. Qənirə xanım millətimizin ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmişdi. Bu mənada, o, Azərbaycan xanımı adına nümunə idi”.
Xalq rəssamı Arif Hüseynov Qənirə Paşayeva ilə yaradıcı əməkdaşlığından söz açıb.
Arif Hüseynov Qənirə Paşayevanın ailəsinə xatirə hədiyyəsi olaraq üstünə özəl miniatürlər işlənmiş saz təqdim edib.
Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva ailə adından sərginin iştirakçısı olan rəssamlara, təşkilatçı qurumlara, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Daha sonra qonaqlar əsərlərlə tanış olublar. Sərgi sentyabrın 30-dək davam edəcək.






- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib