XƏBƏRLƏR
MƏLUMAT
Milli səhnə sənətimizdə özünəməxsus yeri olan Xalq artisti Elxan Ağahüseynoğlu
ÜMÜMİ XƏBƏRLƏR
08/12/2023 09:34

Elxan Ağahüseyn oğlu Ağahüseynov 8 dekabr 1942-ci ildə Bakıda anadan olub. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilib. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyoru olub. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb.

Məşhur teatr aktyoru ElxanAğahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanan onlarca tamaşada oynayıb.

Aktyor “Axırıncı aşırım”, “Ömrün səhifələri”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi” bədii filmlərinə çəkilib.

Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2002-ci ildə isə “Xalq artisti” fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü olub.

Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat edib.

Baxış sayı: 180