XƏBƏRLƏR
MƏLUMAT
“Milli ruhun inkişafı və iqtisadiyyatın tərəqqisi” adlı dəyirmi masa təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/07/2023 07:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümünə həsr olunmuş “Milli ruhun inkişafı və iqtisadiyyatın tərəqqisi” adlı dəyirmi masa təşkil olunub.

İlk öncə tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsi ilə tanış olublar, Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Daha sonra tədbirdə çıxışçılar bildiriblər ki, 1969-1982-ci illər ərzində Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan Ulu Öndər respublikada milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər görüb, mövcud imkanlarından bacarıqla istifadə edib.

Sonra Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyət dövrünü əks etdirən film nümayiş olunub.

Tədbirin sonunda qonaqlar Mərkəzin foyesində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100” adlı sərgi ilə tanış  olublar.

Baxış sayı: 199