XƏBƏRLƏR
MƏLUMAT
Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2024 12:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bilgəh qəsəbə Mədəniyyət Evi və Bilgəh qəsəbə Ahıllar evi birgə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirliməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlarda bayram münasibətilə təbriklər səslənib,  Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğu bildirilib.

Daha sonra bədii hissə ilə davam edən tədbirdə mədəniyyət evinin poeziya dərnəyi və “Vətən” ansamblının üzvləri çıxış ediblər. Təqdim olunan musiqi nömrələri və rəqslər maraqla qarşılanıb.

Baxış sayı: 111