XƏBƏRLƏR
MƏLUMAT
Milli Qurama Festivalı çərçivəsində bu sənət növü haqqında kitab təqdimatı olacaq
ÜMÜMİ XƏBƏRLƏR
04/07/2022 06:24

Mili Qurama Festivalı çərçivəsində Azərbaycanda ilk dəfə dekorativ-tətbiqi sənətin bu növü haqqında kitabın təqdimatı keçiriləcək. Bu barədə Trend Life-a “İçərişəhər” Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova bildirib.

Ə.Məlikova daha sonra “Qurama Azərbaycanın ənənəvi incəsənət növlərindən biridir. Heç bir qanunlara sdığmayan, sərbəst, sənətkarın qəlbinin bir parçası olan sənətdir. Azərbaycanda ik dəfə 07 iyul – 07 avqust 2022-ci il tarixlərində Milli Qurama Festivalı keçiriləcək” – söyləyib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, paytaxtın İcra Hakimiyyəti, Mədəniyyət və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən festivalda bir sıra tədbirlər – elmi-praktik konfrans, kitab təqdimatı, ustad dərsləri, autizm sindromlu uşaqlar üçün art-terapiya, sərgi, kulinariya və poeziya gecələri baş tutacaq.

“2020-ci ildə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Qurama Mərkəzi açılıb. Bu Mərkəzdə Qala qəsəbəsinin sakinləri işləyirlər, onlar da festivala cəlb olunacaqlar” – deyə o, əlavə edib.  

Qurama – Azərbaycan bədii mədəniyyətində xüsusi yeri olan dekorativ-tətbiqi sənət növüdür və qədim tarixi köklərə, ənənələrə söykənərək bu gün də aktuallığını saxlamaqdadır.

Baxış sayı: 296