XƏBƏRLƏR
MƏLUMAT
“Milli musiqimizin əbədi zirvəsi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/09/2025 14:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 18 sentyabr – Milli Musiqi Günü ilə əlaqədar “Milli musiqimizin əbədi zirvəsi” adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, rayon təhsil və incəsənət məktəblərinin  şagird və müəllim kollektivi iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Üzeyir Hacıbəyliyə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirdə çıxışçılar qeyd ediblər ki, hər il 18 sentyabr tarixində Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu günün qeyd olunmasında və ənənə halını alaraq davam etdirilməsində Ulu Öndər Heydər Əliyevin xüsusi rolu vardır. Məhz onun təşəbbüsü ilə və imzaladığı Sərəncam əsasında 18 sentyabr – Azərbaycanın dahi bəstəkarı, professional musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi rəsmən təsis olunub.

Tədbirin bədii hissəsində Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollektivi çıxış ediblər.

Sonda tədbir iştirakçıları Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətini əks etdirən ekspozisiya ilə yaxından tanış olublar və onlara Ulu Öndərin mədəniyyət xadimlərinə göstərdiyi diqqəti və qayğısı haqqında məlumat verilib.

Baxış sayı: 39