XƏBƏRLƏR
MƏLUMAT
“Milli Musiqimizin Dahisi –Üzeyir Hacıbəyov ” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2025 12:06

Bakı Şəhər Mədəniyyət  Baş İdarəsinin tabeliyində olan  Şüvəlan qəsəbə Mədəniyyət evində 18 sentyabr Mili Musiqi Gününə həsr olunmuş  “Milli Musiqimizin  Dahisi –Üzeyir  Hacıbəyov ”  adlı  tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, Milli Musiqi Günü Şərqdə ilk operanın müəllifi, Azərbaycan peşəkar musiqi sənətinin banisi, böyük musiqişünas-alim  Üzeyir Hacıbəylinin anadan olduğu gün, yəni sentyabrın 18-də qeyd olunur. Bu gün 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib.

Tədbirin bədii hissəsində mədəniyyət evinin “Səma”rəqs ansamblından  ibarət “Məşəl” rəqs kollektivinin təqdim etdiyi rəqslər, dram  dərnəyinin  çıxışı,  ifa olunan mahnılar maraqla qarşılanıb.

Baxış sayı: 22