XƏBƏRLƏR
MƏLUMAT
“Milli musiqimizin dahisi” adlı sənədli film nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
23/09/2025 16:47

Sentyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar,milli opera sənətimizin banisi, dahi musiqişünas, publisist və maarifçi ziyalı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə “Milli musiqimizin dahisi” adlı sənədli film nümayiş olunub.

Dahi bəstəkarın həyat və yaradıcılığını əks etdirən filmi Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri izləyiblər.

Film nümayişindən sonra tələbələr Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Baxış sayı: 36