XƏBƏRLƏR
MƏLUMAT
Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/07/2023 07:25

İyulun 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edənlər milli mətbuatın inkişaf mərhələlərindən, mətbuat nümayəndələrinə, jurnalistlərə dövlətin diqqət və qayğısından, peşəkar qələm sahiblərinin fəaliyyətindən danışıb, həmçinin 44 günlük Vətən müharibəsində həqiqətləri dünya miqyasında tanıtmaqda yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan mətbuatı haqqında ətraflı məlumat veriblər.

Sonda mövzu ilə əlaqədar sərgiyə baxış keçirilib.

Baxış sayı: 185