XƏBƏRLƏR
MƏLUMAT
“Milli – mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2025 18:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr edilmiş “Milli – mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib.

Tədbirdə Suraxanı rayon məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Çıxış edənlər xalqın milli - mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi, türk dünyasının dərin dəyərlərə söykənən adətlərindən biri olan Novruz bayramından bəhs ediblər.

Milli varlığımızın ayrılmaz parçası saydığımız və hər il təntənəli qeyd etdiyimiz Novruz ənənələrinin mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinin dəyərli incisi olması vurğulanıb.

Tədbirin bədii hissəsində mahnılar ifa olunub, şeirlər səsləndirilib, rəqs nümunələri təqdim edilib.

Sonda Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi önəm , bayram görüşlərindən bəhs edən film nümayiş edilib.

 

Baxış sayı: 65