Oktyabrın 24-də Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbir, həmçinin “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının və "Xalq yazıçısı İlyas Əfəndiyev" adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxanada keçirilən tədbirdə Kitabxananın direktoru, professor Kərim Tahirov İlyas Əfəndiyevin ölkə ədəbiyyatında öz ədəbi məktəbini yaratmış nadir şəxsiyyətlərdən biri olduğunu deyib. O, İlyas Əfəndiyevin yaratdığı ədəbi və teatr məktəbinin bu gün də davam etdiyini, Azərbaycan teatrlarının öz mövsümlərini onun əsərləri ilə açdığını söyləyib. Vurğulayıb ki, XX əsr Azərbaycan teatr məktəbinin formalaşmasında yaratdığı əsərləri ilə mühüm rol oynayan İ.Əfəndiyev adını Azərbaycan dram və teatr tarixinə qızıl hərflərlə yazdırıb, onun əsərləri aktuallığını bu gün də qoruyub saxlayır. O, Kitabxana tərəfindən "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının ikinci dəfə təkmilləşdirilərək tərtib edildiyini bildirib.
Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov hamı tərəfindən sevilən İlyas Əfəndiyevə həsr edilən biblioqrafiya kitabının dərc olunmasını onu sevənlərin, əsərlərini oxuyanların, onun əsərləri ilə böyüyən nəsillər üçün çox maraqlı və aktual hadisə olduğunu deyib. O, İ.Əfəndiyev yaradıcılığında hər bir Azərbaycan vətəndaşı üçün xüsusi yer tutan önəmli, xalqımızın taleyüklü məsələləri olan Qarabağ haqqında xüsusilə “Xurşidbanu Natəvan”, “Hökmdar və qızı” kimi əsərlərin ərsəyə gətirilməsinin, yazılmasının Xalq şairinin dühasının cəsarətinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu biblioqrafiya kitablarının xüsusilə tarix üçün çox vacib sənəd və sənədlər toplusu olduğunu qeyd edib. Peşəkar olaraq maraqlananlara elmi işlər yazmaq, tədqiqat aparmaq böyük şəxslər haqqında fikir söyləmək üçün biblioqrafiya kitablarının böyük rolu olduğunu söyləyib. Yaradıcılığından başqa Azərbaycan ailəsinin başçısı olaraq xalqımıza gözəl insanlar bəxş edən İlyas Əfəndiyevin təvazökar insan olduğunu bildirib.
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov görkəmli dramaturq İlyas Əfəndiyev haqqında danışmağın Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, hətta siyasətinin böyük bir dövrü haqqında danışmaq demək olduğunu vurğulayıb. Deyib ki, İlyas Əfəndiyev maraqlı şəxsiyyət olub.
Akademik Muxtar Kazımoğlu Xalq yazıçısının yaradıcılığından, dramaturgiyasından ətraflı bəhs edərək Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlıdan sonra İlyas Əfəndiyevdən başqa ikinci bir dramaturqun olmadığını söyləyib. O, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafının İlyas Əfəndiyevin dram əsərləri ilə bağlı olduğunu qeyd edib.
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov çıxışı zamanı İlyas Əfəndiyev yaradıcılığının bir xəzinə olduğunu "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının isə bu xəzinənin qızıl açarı olduğunu söyləyib.
Xalq yazıçısı Elmira Axundova, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov İlyas Əfəndiyevin zəngin yaradıcılığından geniş söz açaraq görkəmli dramaturqun təkcə Azərbaycan nəsrində deyil, həm də teatr sənətinin müasir simasının formalaşmasında eləcə də ölməz səhnə əsərləri bir neçə aktyor və rejissor nəslinin yetişməsində əhəmiyyətli rol oynadığını vurğulayıblar. Ədibin əsərləri dünyanın onlarla ölkəsində müxtəlif dillərə tərcümə olunduğunu qeyd ediblər.
Sonda çıxış edən Xalq yazıçısı Elçin Əfəndiyev Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, çıxışçılara dərin minnətdarlığını bildirdib. O, İlyas Əfəndiyevin həmişə oxucuları ilə bir yerdə olduğunu, daim ədəbiyyata xidmət edən yazıçı olduğunu söyləyib.
Sonra tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "İlyas Əfəndiyev" elektron məlumat bazası ilə tanış olublar.
Qeyd edək ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”, “İlyas Əfəndiyev düşüncələrindən sətirlər”, “İlyas Əfəndiyev Dünya Milli və Universitet Kitabxanalarında”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Videoqalereya” və s. özündə əks etdirən materiallar tam mətnləri ilə nümayiş olunur.



- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib