XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Qubadlı Şəhəri Günü münasibətilə sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
25/10/2024 15:25

Milli Kitabxanada “25 Oktyabr - Qubadlı Şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, Qubadlı şəhərində aparılan bərpa-quruculuq işləri, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən kitablar, məqalələr Azərbaycan, rus, ingilis dillərində nümayiş olunub.

Virtual sərgi ilə https://anl.az/el/vsb/25_oktyabr_Qubadli/index.htm linkindən istifadə edərək tanış olmaq mümkündür.

Ənənəvi sərgidə Qubadlının toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar yer alıb.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Baxış sayı: 46