XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Məhəmməd Füzulinin bədii-fəlsəfi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait istifadəçilərə təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2024 12:03

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Ölkə başçısının müvafiq Sərəncamı ilə dahi şairin yubileyi dövlət və beynəlxalq miqyasda qeyd edilir.

Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Məhəmməd Füzulinin bədii-fəlsəfi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitdə “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, filologiya elmləri doktoru, dosent Elnarə Akimovanın müəllifi olduğu “Heydər Əliyevin Füzuli mücadiləsi – “Sorun kim, bu nə sevdadır...” adlı məqalə, kitabxanalarda Füzuli irsinin təbliği istiqamətində görüləcək işlər barədə metodik tövsiyələr, həmçinin “Əlavələr” bölməsində Füzulinin Milli Kitabxananın fondunda olan ilk əsərlərindən, əsərlərinə çəkilmiş miniatürlərdən və dahi şairə həsr edilmiş şeirlərdən nümunələr yer almışdır.

Metodik vəsaitlə tanış olmaq istəyənlər http://web2.anl.az:81/read/page.php?bibid=895535&pno=1 linkindən istifadə edə bilərlər.

 

Baxış sayı: 173