XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
05/09/2024 12:14

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim Hidayət Orucovun 80 illik yubileyi ilə əlaqədar Milli Kitabxanada virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı virtual sərgidə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Hidayət Orucova "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncamın mətini, əsərləri, tərtib etdiyi, həyatı və yaradıcılığı haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr yer alıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Hidayet_Orucov/index.htm linkindən istifadəedə bilərlər.

Ənənəvi sərgidə isə yazıçının müəllifi olduğu əsərlər, dünya ədəbiyyatından tərcümələri, tərtibçi, “Ön söz”, ideya müəllifi, məsləhətçi və redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

 

Baxış sayı: 102