XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Əlağa Vahidə həsr olunan virtual sərgi təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
17/02/2025 11:25

Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi, Füzuli ənənələrinin davamçısı Əlağa Vahidin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Böyük qəzəl ustadı Əlağa Vahid” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə böyük qəzəlxanın həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar, məqalələr təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eliaga_Vahid/index.htm linkindən istifadə edə bilərlər.

Baxış sayı: 88