XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Cəfər Cəfərov - 110” adlı sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
06/09/2024 11:12

Milli Kitabxanada teatrşünas və ədəbiyyatşünas alim Cəfər Cəfərovun anadan olmasının 110 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Cəfər Cəfərov - 110” adlı sərgidə alimin müəllifi olduğu əsərlər, tərcümələri, tərtibçi və redaktə etdiyi kitablar yer alıb.

Həmçinin Cəfər Cəfərovun həyat və yaradıcılığı haqqında yazılan ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

Baxış sayı: 108