XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Beynəlxalq Əlillər Günü münasibətilə kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
03/12/2024 11:05

Milli Kitabxanada “3 Dekabr - Beynəlxalq Əlillər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, əlillərin hüquqlarının qorunması, əlilliyi olan insanların töhfələri, nailiyyətləri ilə bağlı dövri mətbuat səhifələrində dərc edilən məqalələr və kitablar nümayiş olunur.

Ənənəvi kitab sərgisində əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və sosial müdafiəsi haqqında, əlilliyin qarşısının alınması, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının məşğulluğunun təmin edilməsi problemləri haqqında qanunvericilik aktları, monoqrafiyalar, ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Sərgi bir həftə davam edəcək.

Baxış sayı: 303