XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2025 16:49

Azərbaycan Milli Kitabxanası Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim, bütün Türk dünyasının tanınmış şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə metodik vəsait hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitdə Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, həyat və fəaliyyəti ilə bağlı məlumat, ədibin irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr yer alıb.

Həmçinin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, B.M.Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Bəxtiyar Vahabzadə adına” təqaüdün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı, ədibin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin ədib haqqında söylədiyi fikirlər və ədəbiyyat siyahısı istifadəçilərin diqqətinə çatdırılıb.

Metodik vəsaitlə bu linkdən -https://www.anl.az/down/bextiyar_vahabzade.metodik.pdf tanış olmaq mümkündür.

Baxış sayı: 47