XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Adil Cəmil -70” adlı kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
08/10/2024 12:06

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, tərcüməçi, ədəbiyyat tədqiqatçısı, Əməkdar jurnalist Adil Cəmilin yubileyi ilə əlaqədar Milli Kitabxanada “Adil Cəmil -70” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müəllifin əsərləri, dünya ədəbiyyatından tərcümələri, “Ön söz” yazdığı, redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Adil Cəmil ötən əsrin 70-ci illərində ədəbiyyatımıza gələn və poeziya aləmində deməyə öz sözü, özünəməxsus deyim tərzi, bəhs etdiyi hər bir mövzuya spesifik yanaşma mövqeyi olan şairlərimizdəndir. “El üçün ağlayan gözüm”, “Vaqifdən başlanan yol”, “Ürəyimdə bir haray var”, “Anama layla”, “Manas eposu və türk dastançılıq ənənəsi” və s. kitabların müəllifidir.

Adil Cəmil həm də tərcümə ilə də məşğul olub. O, qədim, möhtəşəm türk abidəsi olan "Manas"ın tərcüməsi, tədqiqi səhəsində böyük uğurlar əldə edib. Adil Cəmil "Manas" eposunu dərindən araşdıran və onu Azərbaycan auditoriyasına çatdıran ilk azərbaycanlı manasşünas alimdir.

Baxış sayı: 322