XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Abbasqulu ağa Bakıxanov – 230” adlı kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
21/06/2024 11:28

Milli Kitabxanada XIX yüzilliyin birinci yarısında Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafında özünəməxsus şərəfli yer tutan Abbasqulu Ağa Bakıxanovun irsinin təbliği məqsədilə “Abbasqulu ağa Bakıxanov – 230” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Abbasqulu ağa Bakıxanovun əsərləri, həyatı, çoxcəhətli bədii və elmi yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

A.Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. Bakıxanova qədər Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair yazılı sənədlərdə təsadüf olunurdu. O, ilk dəfə bu pərakəndə materialları toplayıb və onlara əsasən "Gülüstani-İrəm" adlı əsərini yazıb. Bu əsərlə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyduğu üçün o, Azərbaycanın ilk peşəkar tarixçi alimi hesab edilir.

Baxış sayı: 141