XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Abbas Səhhət - 150” adlı kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2024 14:07

Azərbaycan Milli Kitabxanasında uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, maarif xadimi Abbas Səhhətin doğum günü münasibətilə “Abbas Səhhət - 150” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş musiqi notları, həyatı və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Baxış sayı: 164