XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “15 İyun - Milli Qurtuluş Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2024 10:53

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür.

Həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.

15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb və bu tarix 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.

Milli Kitabxanada “15 İyun - Milli Qurtuluş Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html linkindən istifadə edə bilərlər.

 

Baxış sayı: 150