XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxana “Hüseyn Kürdoğlu – 90” adlı kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2024 14:34

Azərbaycan Milli Kitabxanasında tanınmış şair Hüseyn Kürdoğlunun 90 illiyi münasibətilə sərgi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin əsərləri, tərcümə etdiyi, redaktor və “Ön söz” müəllifi olduğu, həyatı və yaradıcılığı haqqında kitablar nümayış olunur.

Sərgi bir həftə davam edəcək.

Baxış sayı: 387